• Bakı 17° C

    1.88 m/s

Sərxoş motosikletçi qəza törətdi - VİDEO

HADİSƏ

06 Yanvar 2023 | 11:29

Sərxoş motosikletçi qəza törətdi - VİDEO

Naxçıvan şəhərində yol-nəqliyyat hadisəsi baş verib, bir nəfər xəsarət alıb.

Bakıvaxtı.az xəbər verir ki, hadisə şəhərin Azərbaycan məhəlləsi və Qaraçux Kəndi istiqamətində dairəvi yolun kəsişməsində baş verib.

Belə ki, hadisə zamanı motosiklet sürücüsü Məmmədov Asim Məmməd oğlu yol hərəkəti qaydasınının tələblərini pozaraq Hüseynov Niyaməddin Yusif oğluna məxsus “Nissan Sunny” markalı minik avtomobili ilə toqquşub. Araşdırmalara görə hadisəyə səbəb Asim Məmmədovun içkili olması və yol hərəkəti qaydasınının tələblərini pozması olub.

Müxtəlif dərəcəli bədən xəsarətləri alan Asim Məmmədov təcili tibbi yardım avtomobili ilə xəstəxanaya aparılıb.

Faktla bağlı araşdırma aparılır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

26 Oktyabr 2026