• Bakı 13° C

    8.25 m/s

  • USD - 1.7

    EUR - 1.8462

    RUB - 0.0178

Şəmkirdə DƏHŞƏT: Qardaş bacısını... - YENİLƏNİB

HADİSƏ

04 Fevral 2023 | 18:47

Şəmkirdə DƏHŞƏT: Qardaş bacısını... - YENİLƏNİB

Şəmkir Rayon Polis Şöbəsinə rayonun Sabirkənd kənd sakini, 1995-ci il təvəllüdlü Qənirə Şərifovanın bıçaq xəsarətləri ilə qətlə yetirilməsi ilə bağlı məlumat daxil olub.

DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru, polis kapitanı Eşqin Qasımov Bakıvaxtı.az-a bildirib ki, dərhal polis və rayon Prokurorluğunun əməkdaşları hadisə yerinə gələrək müvafiq araşdırmalar aparıb.

İlkin araşdırmalar zamanı qətli mərhumun qardaşı, 1992-ci il təvəllüdlü Şaiq Şəriflinin törətməsi məlum olub. Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şübhəli şəxs saxlanılıb.

Faktla bağlı rayon prokurorluğunda cinayət işi başlanıb, araşdırmalar davam etdirilir

 

***18:27

Şəmkirdə qadın qətlə yetirilib.

Bakıvaxtı.az xəbər verir ki, hadisə rayonun Sabirkənd kəndində qeydə alınıb.

Belə ki, 1992-ci il təvəllüdlü Qənirə Şərifova qardaşı, 1992-ci il təvəllüdlü Şahiq Şərəfli tərəfindən bıçaqla qətlə yetirilib.

Ş.Şərəfli Şəmkir Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şübhəli şəxs saxlanılıb./unikal


SON XƏBƏRLƏR

21 Oktyabr 2024