• Bakı 29° C

    3.41 m/s

  • USD - 1.7

    EUR - 1.9849

    RUB - 2.178

Uşaq peçenyesinin içindən dəmir çıxdı: “Bolluq”dan ŞİKAYƏT VAR

CƏMİYYƏT

15 Iyul 2025 | 09:47

Uşaq peçenyesinin içindən dəmir çıxdı: “Bolluq”dan ŞİKAYƏT VAR

İstifadə müddəti keçmiş məhsullar, xarab olmuş qidalar, içərisindən yad cisim çıxan ərzaqlar... Təəssüf ki, belə problemlərlə bağlı şikayətlər azalmaq əvəzinə artır.

Bakıvaxtı.az xəbər verir ki, belə şikayətlərdən biri də “Bolluq LTD MMC” şirkətinə məxsus uşaqlar üçün nəzərdə tutulmuş peçenye ilə bağlıdır. Belə ki, şikayətçi sosial şəbəkədə paylaşım edərək, peçenye paketinin içərisindən dəmir parçası çıxdığını iddia edib.

“Bu məhsul ‘Bolluq LTD MMC’-yə məxsus uşaqlar üçün peçenyalardı. Yaxşı ki, uşaq yeməmişdən əvvəl içindən çıxan bu dəmir parçasını gördük. Uşaqlara bu kimi məhsulları verəndə diqqətli olmaq lazımdır”,  deyə vətəndaş yazıb.

Şikayətçinin sözlərinə görə, əgər uşaq bunu yesə sağ qalması qeyri-mümkündür:

"Çox məsuliyyətsizlik edirlər. Uşağı zülmlə saxla. Sonra da hansısa firmanın diqqətsizlik və məsuliyyətsizliyinin qurbanı olsun. Utanın. Heç olmasa öz övladlarınızı düşünün".

Bakıvaxtı.az vətəndaşın şikayəti ilə əlaqədar Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinə (AQTA) sorğu göndərib.

Sorğumuza cavab olaraq qeyd olunub ki, qeyd olunan məsələ AQTA tərəfindən nəzarətə götürülüb.

"Agentliyin müvafiq regional bölməsi tərəfindən araşdırmalar aparılır. Araşdırmaların nəticələrinə uyğun olaraq qanunamüvafiq tədbirlər görüləcək",- deyə agentlikdən bildirilib.

Mina Mikayılova

 


SON XƏBƏRLƏR