• Bakı 24° C

    2.35 m/s

  • USD - 1.7

    EUR - 1.9507

    RUB - 2.017

ŞOK: Antraktidada ölümcül virus aşkarlanıb

DÜNYA

10 Sentyabr 2024 | 11:46 | Müəllif: Əli Hüseynov

ŞOK: Antraktidada ölümcül virus aşkarlanıb

Dünyanın ən təcrid olunmuş bölgəsi kimi tanınan Antarktida ölümcül heyvan epidemiyası ilə üz-üzədir.

Bakıvaxtı.az xarici mediaya istinadla xəbər verir ki, Alimlər yüksək yoluxucu quş qripi virusunun (HPAIV) Antarktidada ilk dəfə quşlar və məməli heyvan növlərində aşkar edildiyini açıqlayıblar.

2021-ci ildən etibarən H5N1 virusunun fərqli bir ştammı olan "clade 2.3.4.4b" Avropadan Amerika qitəsinə və oradan Cənubi Amerikaya yayılaraq bir çox quş və məməli heyvan növünün kütləvi ölümünə səbəb olub.

Bildirilib ki, virusun köçəri quşlar vasitəsilə Antarktidaya çatmış olduğu ehtimal edilir.

Məlumatda bölgədəki heyvan növlərinin, xüsusilə albatroslar və pinqvinlərin təhlükə altında olduğu qeyd edilib.

Əli Hüseynov


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR