"Azərbaycandakı sosial problemlərin mütləq əksəriyyəti işsizlikdən qaynaqlanır".
Bakıvaxtı.az xəbər verir ki, bu fikirləri Milli Məclisin bu gün keçirilən plenar iclasında millət vəkili Əli Məsimli səsləndirib.
Millət vəkili Şəkidə işsizlik faizinin yüksək olduğunu diqqətə çatdırıb: “Bu istiqamətdə bir sıra işlər görülür. Lakin bu istiqamətdə davamlı addımların atılması zəruridir. Eyni zamanda xahiş edirəm ki, görülən işlərlə bağlı millət vəkilinə də məlumat verilsin”.
Deputat ölkəmizdə bir ay sonra taxıl yığımının başlayacağını və bundan dolayı ortaya çıxacacq problemlərin həlli istiqamətində bir sıra addımların atılmasının zərurliyini də vurğulayıb: "Bir ay sonra taxıl yığımı başlayacaq. Dünyada hal-hazırda hər ton taxıl uğrunda mübarizə gedir. Şəki də Azərbaycanın taxıl istehsalında mühüm yer tutur. Bu səbəbdən suvarma sahəsində çatışmazlıqların aradan qaldırılması, yığımda olacaq texnika probleminin həlli istiqamətində indidən addımların atılmasının vacibdir”.
Nuranə Daxilqızı
















