• Bakı 19° C

    6.12 m/s

  • USD - 1.7

    EUR - 1.9739

    RUB - 1.9728

Qızılca əsasən bu yaşlarda qeydə alınır

CƏMİYYƏT

27 Dekabr 2023 | 15:31

Qızılca əsasən bu yaşlarda qeydə alınır

"Vətəndaşlar hər hansı yaşda peyvənd oluna bilər".

Bakıvaxtı.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin direktor müavini Afaq Əliyeva deyib.

Onun sözlərinə görə, Azərbaycanda, əsasən, 18 yaşa qədər uşaqlarda qızılca qeydə alınır: “40 yaşlarda azdır. Azərbaycan qanunlarına görə, 55 yaşa qədər insanlar peyvənd oluna bilər”. A.Əliyeva bildirib ki, peyvənd olunan, xəstəlik keçirən şəxslərdə 97% ömürlük immunitet yaranır.

“Əvvəllər bu xəstəlik daha çox idi, 3-4 ildən bir alovlanırdı. 60 ilə yaxındır ki, Azərbaycanda insanlar qızılca əleyhinə peyvənd olunur. Yəni bir çox insan o vaxt olub", - deyə Afaq Əliyeva əlavə edib.

Aytac Aslan


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

07 Sentyabr 2026