• Bakı -0° C

    15.2 m/s

  • USD - 1.7

    EUR - 1.7732

    RUB - 1.8979

Sudanda yaraqlıların hücumları nəticəsində ölənlərin sayı 200-ü keçib

DÜNYA

18 Fevral 2025 | 14:30

Sudanda yaraqlıların hücumları nəticəsində ölənlərin sayı 200-ü keçib

Son üç gündə Sudanın iki kəndinə yaraqlıların hücumları nəticəsində 200-dən çox dinc sakin həlak olub.

Bakıvaxtı.az xarici KİV-ə istinadən xəbər verir ki, hücumlar Çevik Dəstək Qüvvələri tərəfindən törədilib.

"Çevik Dəstək Qüvvələri silahsız mülki şəxslərə hücum edib, məhkəmədənkənar edamlar həyata keçirib, adam oğurluğu və kütləvi qarətlər törədib", - Sudanda münaqişə başlayandan bəri insan hüquqları pozuntularını sənədləşdirən hüquqşünaslar bildiriblər.

Onlar həmçinin vurğulayıblar ki, hücumlar zamanı evlərin və infrastrukturun dağıdılması ölkədəki humanitar böhranı daha da ağırlaşdırır.

Xatırladaq ki, Sudanın nizami ordusu və Çevik Dəstək Qüvvələri arasında silahlı münaqişə 2023-cü ilin aprelindən davam edir və mülki əhali arasında çoxsaylı itkiyə səbəb olur.


SON XƏBƏRLƏR