• Bakı 10° C

    13.71 m/s

  • USD - 1.7

    EUR - 1.9272

    RUB - 2.0463

TDT Baş katibi Monqolustanda rəsmi səfərdə oldu

DÜNYA

20 Mart 2025 | 12:00

TDT Baş katibi Monqolustanda rəsmi səfərdə oldu

Türk Dövlətləri Təşkilatının Baş katibi Kubanıçbek Omurəliyev Monqolustanda rəsmi səfərdə olub.

Bakıvaxtı.az Report-a istinadla xəbər verir ki, Baş katibin Monqolustana ilk səfəri Xarici İşlər Nazirliyinin dəvəti ilə baş tutub.

Səfər şərçivəsində TDT Baş katibi Monqolustanın rəsmiləri, diplomatlar və digərləri ilə görüşlər keçirib, siyasi, iqtisadi, mədəni və akademik sahələrdə əməkdaşlığın inkişaf etdirilməsi imkanlarını müzakirə edib.

Məlumatda bildirilib ki, K.Ömürəliyevin bu tarixi səfəri Monqolustan və TDT arasında əlaqələrin dərinləşməsində mühüm dönüş nöqtəsi olub, müxtəlif sahələrdə əməkdaşlığı genişləndirmək və bu ölkə ilə TDT çərçivəsində regional təşəbbüslərdə fəal iştirak etmək əzmi ifadə edilib:

“Türk Dövlətləri Təşkilatı üzv, müşahidəçi dövlətlər arasında, eləcə də üçüncü ölkələrlə daha güclü tərəfdaşlıq, iqtisadi əməkdaşlıq və mədəni mübadiləni təşviq etməyə sadiqdir”, - deyə qeyd olunub.


SON XƏBƏRLƏR

27 Aprel 2025