• Bakı 12° C

    17.45 m/s

  • USD - 1.7

    EUR - 1.855

    RUB - 2.0347

Sülhün yolu açıqdır: Ermənistanın vəziyyəti o qədər ürəkaçan deyil

SİYASƏT

18 Mart 2025 | 16:09

Sülhün yolu açıqdır: Ermənistanın vəziyyəti o qədər ürəkaçan deyil

“Həm qlobal, həm də regional səviyyədə geosiyasi vəziyyət Ermənistan dövlətinin və Nikol Paşinyan hökumətinin xeyrinə deyil”.

Bunu Bakıvaxtı.az-a açıqlamasında politoloq Natiq Miri deyib.

Onun sözlərinə görə, Ermənistanın atdığı addımlar məcbur xarakter daşıyır. Politoloq bildirib ki, zaman-zaman Ermənistan dövlətinin təhlükəsizliyinə təminat ola biləcək yeganə amilin məhz qonşu Azərbaycan və Türkiyə ola biləcəyini Paşinyan da anlayır:

“Eyni zamanda Qərbə inteqrasiya yolu tutan İrəvanın yeganə çıxış yolu da Türkiyə ilə münasibətləri normallaşdırmaqdır. Buzlar yerindən tərpənib. Paşinyan Türkiyə jurnalistlərini İrəvana dəvət etməsi və onların suallarını cavablandırması çox ciddi çağırış idi. Həmçinin, cəmiyyətə verilən mesaj və bəzi hazırlıqların anonsu idi”.

N.Miri hesab edir ki, sülh mətninin tamamilə razılaşdırılması da ciddi məqamdır. Müsahibimiz bildirib ki, artıq sülhün yolu açıqdır:

“Son iki bəndin razılaşdırılmasınadək diplomatiyada intensiv hərəkətlənmələr var idi. Azərbaycan-Türkiyə və Gürcüstan üçlü formatda görüşlər təşkil olundu. Bütün bunlar Azərbaycan Prezidentinin Cənubi Qafqazı bütöv bir sistem olaraq təhlükəsizlik arxitekturasının qurulmasına xidmət edir. Ən doğru və perspektivli qayə məzh budur. Cənubi Qafqaz bütöv bir sistem və təhəlükəsizlik çətiri altında olarsa, indiki qeyri-müəyyənlik çərçivəsində xarici qüvvələrin regiona müdaxiləsi mümkünsüz olur. O baxımdan Ermənistanın vəziyyəti o qədər ürəkaçan deyil. Qardaş Türkiyənin, dost Gürcüstanın və təbii Azərbaycanın fəaliyyəti kontekstində bir çox məsələlərin razılaşdırıldığı ortadadır".

Natiq Miri: Tezliklə Konstitusiya mətni cəmiyyətə açıqlanacaq və orada Azərbaycana qarşı ərazi iddiaları yer almayacaq

Analitik əlavə edib ki, ATƏT-in Minsk qrupunun ləğvi məsələsi o qədər də strateji əhəmiyyət daşımır:

"Bu problemi bir gündə həll etmək mümkündür. Ancaq Konstitusiya məsələsi bir az problematik görünür. Paşinyanın cəmiyyətin aktiv təbəqəsi ilə mütəmadi görüşləri ona hesablanıb ki, real Ermənistan qayəsini ictimai rəyə təqdim etsin. Baş nazir yeni Konstitusiya layihəsinin mətinin hazır olduğunu söyləyir. Bu da o deməkdir ki, tezliklə Konstitusiya mətni cəmiyyətə açıqlanacaq və orada Azərbaycana qarşı ərazi iddiaları yer almayacaq. Azərbaycana qarşı iddiaların tamamilə aradan qaldırılmasını görəndən sonra sülhün çərçivə sənədi imzalana bilər. Azərbaycan sərhədlərin delimitasiya və demarkasiya prosesində də irəliləyiş istəyir".

Aydın Baxış


SON XƏBƏRLƏR