• Bakı 12° C

    4.75 m/s

  • USD - 1.7

    EUR - 1.9328

    RUB - 2.0703

Azərbaycan Tbilisi görüşünü müsbət qiymətləndirir

SİYASƏT

17 Aprel 2025 | 13:57

Azərbaycan Tbilisi görüşünü müsbət qiymətləndirir

Bu gün Tbilisidə Azərbaycan, Ermənistan və Gürcüstan XİN rəhbərləri müavinlərinin görüşü keçirilir.

Bakıvaxtı.az xəbər verir ki, bunu xarici işlər naziri Ceyhun Bayramov Sloveniya Respublikasının xarici işlər naziri Tanya Fayonla birgə mətbuat konfransında deyib.

    Nazir bildirib ki, buna yeni reallıqlar imkan yaradır: “Hər üç ölkəyə aid mövzular həmin görüşdə müzakirə edilir, bu, ikitərəfli mövzular deyil. Bizim aramızda açıq məsələlərə toxunmayaraq, ümumi maraqlarımızda olan məsələlər müzakirə edilir. Transsərhəd çayları və bir sıra digər məsələlər bu gün müzakirə mövzusu olacaq. Ümumilikdə belə platformanın təşkil edilməsini biz müsbət inkişaf kimi qəbul edirik”.


    SON XƏBƏRLƏR

    18 Aprel 2025