Bakıda keçirilən "Formula 1" üzrə Azərbaycan Qran-prisində ilk qəza baş verib.
Bakıvaxtı.az xəbər verir ki, "Haas" komandasında çıxış edən Mik Şumaxer uğursuzluqla üzləşib.
Belə ki, pilotun bolidində maye sızması aşkarlanıb. Şumaxer bu səbəbdən test yürüşünü erkən dayandırmağa məcbur olub.
Qeyd edək ki, Bakı Şəhər Halqasının uzunluğu – 6,003 km, ümumi məsafə - 306,049 km-dir. Bu gün start götürən “Formula 1” Azərbaycan Qran-Prisi iyunun 12-dək davam edəcək.
Ramid İbrahimov


















