Avqustun 16-da Sumqayıt şəhərində yerləşən sexlərdən birində işləyən 11 nəfər şəxsin zəhərlənmə diaqnozu ilə Sumqayıt şəhər Təcili tibbi yardım xəstəxanasına müraciət etmələri barədə şəhər prokurorluğuna məlumat daxil olub.
Sumqayıt şəhər prokurorluğundan Bakıvaxtı.az-averilən məlumata görə, ilkin araşdırma zamanı həmin şəxslərin həşərat əleyhinə dərman preparatından zəhərlənməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Sumqayıt şəhər prokurorluğunda araşdırma aparılır.
15:36
TƏBİB-in tabeliyindəki Sumqayıt Tibb Mərkəzinin Təcili Tibbi Yardım Xəstəxanasına zəhərlənmə halı ilə bağlı yerləşdirilən 12 nəfərdən 9 nəfəri abulator müalicə üçün evə buraxılıb.
Bu barədə Bakıvaxtı.az-a TƏBİB-dən bildirilib.
Qeyd olunub ki, 3 nəfərin isə terapiya şöbəsində müalicəsi davam etdirilir: "Onların vəziyyətləri qənatbəxşdir, həyati təhlükələri yoxdur".
12:27
Sumqayıtda kütləvi zəhərlənmə faktı qeydə alınıb.
Bakıvaxtı.az xəbər verir ki, 13 nəfər zəhərlənmə əlamətləri ilə Sumqayıt Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına daxil olub.
İlkin məlumata görə, onlar taxta sexinin işçiləridir, sexə birəyə qarşı vurulan dərmandan zəhərləniblər./apa











jpg-1694695669.webp)

jpg-1694671769.webp)


