Paytaxtın Albert Aqarunov küçəsində dəhşətli qəza baş verib.
Bakıvaxtı.az xəbər verir ki, motosiklet sürücüsü 10-BT-230 dövlət nömrə nişanlı "Ford" markalı avtomobili ötmək istəyən zaman bordürlərə çırpılaraq qəza törədib. Motosiklet sürücüsünün Amil Əhmədov olduğu deyilir, hadisə şahidlərinin iddiasına görə baykerin ayağı sınıb. Faktla bağlı araşdırma aparılır.
















