• Bakı 10° C

    5.49 m/s

  • USD - 1.7

    EUR - 1.8707

    RUB - 2.0606

Xaçmazda meyiti tapılan kişinin qətlə yetirildiyi məlum olub - YENİLƏNİB

HADİSƏ

15 Sentyabr 2023 | 13:28

Xaçmazda meyiti tapılan kişinin qətlə yetirildiyi məlum olub - YENİLƏNİB

Xaçmazda yolda meyiti aşkarlanan şəxsin öldürüldüyü müəyyən edilib.

DİN-in mətbuat xidmətinin Quba regional qrupundan Bakıvaxtı.az-a bildirilib ki, Xaçmaz-Xudat avtomobil yolunun Köhnə Xaçmaz kəndi ərazisində üzərində xəsarət olan 50-55 yaşlı naməlum kişi meyiti tapılıb.

Aparılan araşdırmalar zamanı meyiti tapılan şəxsin 56 yaşlı rayon sakini Qərib Rzayev olduğu müəyyən edilib.

    Xaçmaz Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsinsə hadisəni törətməkdə şübhəli bilinən rayon sakini, 27 yaşlı Yalçın Hüseynov saxlanılıb.

    Faktla bağlı araşdırmalar aparılır.

    ***

    13:10

    Xaçmazda meyiti tapılan şəxsin kimliyi məlum olub.

    Bakıvaxtı.az xəbər verir ki, meyiti tapılan şəxs Xaçmaz rayon Müşkür kənd sakini, 1967-ci il təvəllüdlü Rzayev Qərib Əkbər oğludur.

    Faktla bağlı araşdırma aparılır.

    ***

    11:01

    Xaçmaz rayonunda naməlum kişi meyiti tapılıb.

    Bakıvaxtı.az xəbər verir ki, meyit rayon ərazisində kafenin yaxınlığında aşkarlanıb.

    Meyit müayinə olunmaq üçün Səhiyyə Nazirliyinin Məhkəmə - Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Xaçmaz rayon Şöbəsinə təhvil verilib.

    Faktla bağlı Xaçmaz Rayon Prokurorluğunda araşdırmalara başlanılıb.


    Batıgöz reklamMedia İnkişaf

    SON XƏBƏRLƏR

    17 Noyabr 2026