• Bakı 14° C

    1.25 m/s

Sumqayıtın bir hissəsində su olmayacaq

CƏMİYYƏT

10 Yanvar 2024 | 16:17

Sumqayıtın bir hissəsində su olmayacaq

Sumqayıtın bir hissəsinə suyun verilişində fasilə yaranacaq.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Sumqayıt Sukanal İdarəsi məlumat yayıb.

Bildirilib ki, Sumqayıt şəhər əhalisinin bir hissəsini içməli su ilə qidalandıran Saray 85?75 səviyyəsindən gələn 450mm diametrlik su kəmərində baş vermiş qəza ilə əlaqədar olaraq bu gün saat 21:00-dan səhər saat 06:00-a qədər şəhərin bəzi ünvanlarında suyun verilişi dayandırılacaq.

Kəmərin su ilə təmin etdiyi 48, 50, 51-ci məhəllələrdə, 16, 17, 18, 20 və 21-ci mikrorayonların bir hissəsi və Corat qəsəbəsinin bir hissəsinə suyun verilişində fasilələr yaranacaq.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

27 Oktyabr 2026