• Bakı 15° C

    1.05 m/s

  • USD - 1.7

    EUR - 1.8637

    RUB - 2.063

Cinsi əlaqə koronavirusdan qoruyur - BBC

CƏMİYYƏT

09 Fevral 2024 | 15:58

Cinsi əlaqə koronavirusdan qoruyur - BBC

Daimi cinsi fəaliyyət bədənin viruslara, bakteriyalara və digər patogenlərə qarşı fizioloji müdafiəsini gücləndirir.

Bakıvaxtı.az BBC-yə istinadən xəbər verir ki, ümumilikdə cinsi əlaqə immunitet sistemini gücləndirən faktorlardan biri kimi çıxış edir.

Araşdırmalara görə, hətta ayda 3 dəfə cinsi əlaqə koronavirusdan qorunmanı təmin edə bilər. Bu, digər yoluxucu xəstəliklər üçün də keçərlidir. Cinsi əlaqənin immunitet sisteminə faydası yaşdan və cinsi fəaliyyət növündən asılı deyil. Başqa sözlə, hər kəs bu faydanı həyatının müxtəlif dövrlərində ala bilər.

Sübutlar göstərir ki, cinsi əlaqənin tezliyi artdıqca immunitet sistemi xəstəlik təhdidlərinə qarşı daha davamlı hala gəlir. Başqa bir araşdırmada isə qocalıqda cinsi fəaliyyətin davam etdirilməsinin ürək-damar problemləri riskini azaltdığını, eyni zamanda digər məlum risk faktorlarına qarşı da müsbət təsir göstərdiyini ortaya çıxarıb.

Qeyd olunub ki, cinsi fəaliyyət müxtəlif ağrılara qarşı da yüngülləşdirici təsir göstərə bilər. Yuxusuzluq probleminin həlli üçün də cinsi əlaqənin unikal təsiri mövcuddur. Bundan başqa, ruhi, mənəvi və psixoloji narahatlıqlara qarşı da cinsi fəaliyyət müsbət təsirə malikdir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

19 Noyabr 2026