• Bakı 5° C

    0.97 m/s

  • USD - 1.7

    EUR - 1.8548

    RUB - 2.0745

Laçının ağquyruq cüyürləri - VİDEO

CƏMİYYƏT

10 Mart 2024 | 15:41 | Müəllif: Subhan Mahmudov

Laçının ağquyruq cüyürləri - VİDEO

Əsrarəngiz təbiətə malik olan Laçının zəngin flora və faunası hər fəsildə göz oxşayır. Bu dəfə isə qarlı dağlarda gəzən bir cüt ağquyruq cüyür gözəlliyi ilə diqqət çəkib.

Bakıvaxtı.az xəbər verir ki, maraqlı görüntü Laçında çalışan işçilər tərəfindən rayonun Mişni kəndi ərazisində qeydə alınıb. Ağ örpəyə bürünən dağlarda gəzən cüyürlər bir müddət göründükdən sonra gözdən itib. Həmin kadrları təqdim edirik.

Qeyd edək ki, Laçın faunası zənginliyi ilə seçilir.

Burada bir sıra heyvanların da məskunlaşması üçün əlverişli şərait var. Laçın təbiətində bezoar keçisi, cüyür, çöl donuzu, dovşan, canavar, porsuq, dələ, ayı kimi məməlilərə, kəklik, tetra quşu, bildirçin, alabaxta və sair kimi quşlara rast gəlinir.

 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR