Azərbaycanda daha bir məktəbli dünyasını dəyişib.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat paylaşılıb.
Qeyd olunur ki, Sumqayıt şəhər Təbiət Elmləri Təmayüllü Gimnaziyanın 8-ci sinif şagirdi V.Turan dünyasını dəyişib.
Onun uzun sürməyən ağır xəstəlikdən vəfat etdiyi bildirilir.
Məktəblinin müəllimlərindən biri sosial şəbəkədə öz üzüntüsünü qeyd edib:
"Bu gün bu acı, sarsıdıcı xəbəri eşidəndən özümə gələ bilmirəm.Turan TET Gimnaziyanın ən gozəl sagirdlərindən idi. Mən qardaşına da (bu il 11ci sinfi bitirir), özünə də 5-ci sinifdən dərs demişəm, hər ikisi mənim ən sevimli sagirdlərimdən olub.Turanın bu xəbərini eşitmək tək mənə yox, bütün kollektivimizə, sinif yoldaşlarına ən ağır xəbər, itki oldu.
Sənin çox işıqlı gələcəyin ola bilərdi. Heyf, çox heyf səndən, Turanım.
Məkanın cənnətdir inşəAllah, mələyim. Hər zaman qəlblərimizdə yaşayacaqsan".
Mina Mikayılova
















