• Bakı 12° C

    5.43 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Daşıyıcı analıq universal cinayət sayıla bilər

CƏMİYYƏT

09 Aprel 2024 | 11:55

Daşıyıcı analıq universal cinayət sayıla bilər

Vatikan uşaqları obyektə çevirdiyini əsas gətirərək daşıyıcı analığın bütün dünyada pislənilməsini və cinayət kimi qadağan edilməsini istəyib.

Bakıvaxtı.az "N TV"-yə istinadən xəbər veirir ki, Vatikana bağlı Din Doktrinası Nazirliyi 5 illik araşdırmanın məhsulu olan "Sonsuz Ləyaqət" adlı yeni bəyannaməsini ictimaiyyətə açıqlayıb.

Bəyyanamədə deyilir ki, uşaq hər zaman bir hədiyyədir və heç vaxt ticarət müqaviləsinin əsası ola bilməz:

“Ana bətnindəki uşaqdan başlayaraq, insan həyatı heç vaxt ticarət ola bilməz. Bu baxımdan qadın və uşaqların ləyaqətinə ciddi zərbə vuran surroqat analıq adlanan təcrübə təəssüf doğurur. Buna görə də biz beynəlxalq ictimaiyyəti bu praktikaya universal qadağa qoymağa çağırırıq”.

Digər tərəfdən, katoliklərin ruhani lideri və Vatikanın prezidenti Papa Fransisk bu bəyanatdan əvvəl keçən həftə surroqat anadan doğulan və bu məsələyə qarşı mübarizə aparan 32 yaşlı Olivia Maurel ilə görüşüb.

Xatırladaq ki, yanvar ayında Roma Papası surroqat analığa qlobal qadağa qoymağa çağırıb. İtaliyada Giorgia Meloni başda olmaqla sağçı koalisiya hökuməti də ötən il surroqat analığın universal cinayət hesab edilməsi ilə bağlı qanun layihəsini parlamentə təqdim edib.

Parlamentin aşağı palatası olan Nümayəndələr Palatası hökumətin bu təklifini 2023-cü ilin iyulunda təsdiqləyib. Surroqat analıq yolu ilə xaricdə uşaq sahibi olan İtaliya vətəndaşlarının qanuni şəkildə cəzalandırılmasını da nəzərdə tutan sözügedən qanun layihəsinin qanuna çevrilməsi üçün parlamentin yuxarı palatası olan Senatda müzakirə edilməli və səsə qoyulmalıdır.

Ay Tac


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR