• Bakı 10° C

    2.91 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Naxçıvanda qarın hündürlüyü 23 santimetrə çatıb

CƏMİYYƏT

10 Mart 2024 | 13:53 | Müəllif: Subhan Mahmudov

Naxçıvanda qarın hündürlüyü 23 santimetrə çatıb

Naxçıvan Muxtar Respublikası ərazisində yağıntılı hava şəraiti davam edir, bəzi yerlərdə yağış, sulu qar və qar yağıb. Ayrı-ayrı yerlərdə intensiv xarakter alıb.

Bu barədə Bakıvaxtı.az-a muxtar respublikanın Ekologiya və Təbii Sərvətlər Nazirliyindən bildirilib.

Məlumata görə, saat 07:00-da qarın hündürlüyü Nürgütdə (Ordubad) 23 sm, Küküdə (Şahbuz) 19 sm, Ərəfsədə (Culfa) isə 5 sm olub.

Yağıntının miqdarı isə Naxçıvanda 5 mm, Şahbuzda 2 mm, Şərurda 4 mm, Ordubadda 3 mm, Culfada 2 mm, Kəngərlidə 6 mm, Sədərəkdə 2 mm olub.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

27 Noyabr 2026