• Bakı C

    6.12 m/s

  • USD - 1.7

    EUR - 1.7676

    RUB - 1.6798

Suriyada silahlı qruplaşmalar MN-nin tərkibinə daxil olmağa razılaşıblar

DÜNYA

24 Dekabr 2024 | 17:55

Suriyada silahlı qruplaşmalar MN-nin tərkibinə daxil olmağa razılaşıblar

Suriyadakı silahlı qruplaşmalar ölkənin yeni müdafiə nazirliyinin tərkibinə daxil olmaq qərarına gəliblər.

Bakıvaxtı.az TASS-a istinadən xəbər verir ki, bu barədə Suriyanın SANA agentliyi məlumat yayıb.

Agentliyin məlumatına görə, müvafiq razılaşma Suriyanın yeni hakimiyyətinin lideri Əhməd əl-Şəra ilə keçmiş prezident Bəşər Əsədə tabe olan silahlı qüvvələrlə döyüşlərdə iştirak edən qrupların komandirləri arasında görüş zamanı əldə edilib.

Dekabrın 22-də Əhməd əl-Şəra təsdiq edib ki, silahlı qruplaşmalar Suriyada yalnız ölkənin müdafiə nazirliyinin himayəsi altında mövcud ola bilər. Onun sözlərinə görə, qrup komandirlərinin əksəriyyəti B.Əsədə qarşı hərbi əməliyyata başlamazdan əvvəl bu şərtlə razılaşıblar. Suriyanın yeni hakimiyyətinin lideri vurğulayıb ki, ölkədə silahların nəzarətsiz dövriyyəsinə icazə verməyəcək.

Ötən gün məlum olub ki, Suriyanın müvəqqəti hökumətində müdafiə naziri vəzifəsinə Murhaf Əbu Kəsra təyin edilib.


SON XƏBƏRLƏR

24 Dekabr 2024