• Bakı C

    5.34 m/s

  • USD - 1.7

    EUR - 1.77

    RUB - 1.7128

Finlandiya Prezidenti: Ukrayna Rusiya ilə sülh danışıqlarına güc mövqeyindən başlamalıdır

DÜNYA

23 Yanvar 2025 | 16:20

Finlandiya Prezidenti: Ukrayna Rusiya ilə sülh danışıqlarına güc mövqeyindən başlamalıdır

Finlandiya Prezidenti Aleksandr Stubb Ukraynanın Rusiya ilə sülh danışıqlarına güc mövqeyindən başlaya bilməsi üçün Kiyevə maliyyə, hərbi və siyasi dəstəyin davam etdirilməsinin zəruriliyini bildirib. .

Bakıvaxtı.az xəbər verir ki, A.Stubb bu bəyanatla Davosda "Ukrayna səhər yeməyi"ndə çıxış edib.

O, həmçinin eyham vurub ki, Ukraynada müharibənin dayandırılması üçün üç-altı ay ərzində danışıqların başlamasını gözləyir:

"Biz bu üç-altı ay ərzində nə edəcəyimizi əvvəlcədən düşünməliyik. Ukrayna istənilən danışıqlara güc mövqeyindən başlamalıdır. Biz Ukraynanın iştirakı olmadan heç bir danışığın olmayacağı fikrini irəli sürməyə davam etməliyik", - Finlandiya Prezidenti vurğulayıb.

Fransa xarici işlər naziri Jan-Noel Barro öz növbəsində Davosda bildirib ki, ABŞ Ukraynaya kömək üçün Rusiyaya əlavə təzyiq göstərməlidir.


SON XƏBƏRLƏR