• Bakı 22° C

    1.21 m/s

  • USD - 1.7

    EUR - 1.9673

    RUB - 2.3573

Vaşinqtonla Tehran RAZILAŞDI: sülh, yoxsa blef?

DÜNYA

16 Iyun 2026 | 00:34

Vaşinqtonla Tehran RAZILAŞDI: sülh, yoxsa blef?

Livan prezidenti Cozef Aun İranın xarici işlər naziri Abbas Əraqçi ilə telefonla danışıb.

Bakıvaxtı.az “LeFigaro.fr”ə istinadən xəbər verir ki, C.Aun müzakirə zamanı Vaşinqton və Tehran arasında əldə edilən razılaşmanı alqışlayıb. Livan prezidentliyinin bəyanatına görə, bu barədə İran xarici işlər naziri Abbas Əraqçi bildirib. Razılaşmanın məzmunu ictimaiyyətə açıqlanmayıb.

İran və əsas vasitəçi olan Pakistan müqavilənin İranpərəst Hizbullah və İsrailin 2 martdan bəri döyüşdüyü Livan da daxil olmaqla, bütün cəbhələrdə müharibəyə son qoymasını nəzərdə tutduğunu elan ediblər. Lakin müqavilədə İsrailin geri çəkilməsi və ya Tehranın Hizbullaha dəstəyinin dayandırılması barədə heç bir qeyd yoxdur.

Livan prezidenti C.Aun vurğulayıb ki, bu razılaşma gərginliyin azaldılması istiqamətində müsbət addım olacaq və diplomatik həll yollarına yol açacaq:

“Livanın sabitliyi, təhlükəsizliyi və suverenliyi milli prioritet olaraq qalır”.

Aydın


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

15 Iyun 2026
14 Iyun 2026