Beynəlxalq Cinayət Məhkəməsinin prokuroru Taliban liderləri haqqında həbs qərarları üçün müraciət edib
Bakıvaxtı.az xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.
Beynəlxalq Cinayət Məhkəməsinin (ICC) prokuroru bildirib ki, o, Əfqanıstandakı Taliban liderləri, o cümlədən qadınlara və qızlara qarşı geniş yayılmış ayrı-seçkiliyə görə insanlığa qarşı cinayətlərdə ittiham olunan Heybətullah Axundzadənin həbsinə order verilməsi üçün müraciət edib.