• Bakı 27° C

    3.48 m/s

  • USD - 1.7

    EUR - 1.8253

    RUB - 0.0193

Şuşada beynəlxalq uşaq yaradıcılıq festivalı keçiriləcək

MƏDƏNİYYƏT-ŞOU

23 May 2024 | 14:09

Şuşada beynəlxalq uşaq yaradıcılıq festivalı keçiriləcək

İyunun 1-də Şuşa şəhərində “Şuşa türk dövlətləri birliyinin mədəniyyət incisidir" adlı beynəlxalq uşaq yaradıcılıq festivalı keçiriləcək. Elm və Təhsil Nazirliyinin təşkilatçılığı ilə keçiriləcək festivalda türk dövlətlərinin məktəbliləri iştirak edəcəklər.

Nazirlikdən Bakıvaxtı.az-a verilən xəbərə görə, konsert proqramında türk dövlətlərinin bədii kollektivlərinin 209 üzvü ölkələrinin musiqi və rəqs mədəniyyətini tamaşaçılara təqdim edəcək.

    Festivalda həmçinin tanınmış mədəniyyət və incəsənət xadimləri, 150-yə yaxın məktəbli, şəhid övladları tamaşaçı qismində iştirak edəcəklər.

    Layihə çərçivəsində qonaqlar 26 may – 2 iyun tarixlərində ekskursiyalarda da iştirak edəcək, ölkəmizin zəngin təbiəti, tarixi-memarlıq abidələri, quruculuq işləri ilə tanış olacaqlar.

    Beynəlxalq yaradıcılıq festivalının təşkilində məqsəd türkdilli dövlətlərdən olan uşaqlar arasında dostluq, qardaşlıq, əməkdaşlıq münasibətlərini daha da möhkəmləndirmək, uşaqlara öz ölkələrinin tarix və mədəniyyətini layiqincə təmsil etmək üçün şərait yaratmaq, eləcə də Şuşa şəhərinin füsunkar gözəlliyini tanıtmaqdır.

    Ətraflı məlumat üçün aşağıdakı sosial media səhifələrini izləyə bilərsiniz:

    https://www.facebook.com/shushafestivali/

    https://www.instagram.com/shushafestivali


    SON XƏBƏRLƏR

    15 Iyun 2024