Associated Press-NORC İctimai Əlaqələr Araşdırma Mərkəzinin yeni sorğusuna əsasən, ABŞ-da demokratların, təxminən, yarısı prezident Co Baydenin İsrail hücumlarına dəstəyinə yaxşı baxmır.
Bakıvaxtı.az xarici mediaya istinadən xəbər verir ki, sorğunun nəticələrinə görə, demokratların 50%-i Baydenin münaqişəni idarə etməsini bəyənir, 46%-i isə rədd edir.
Bu, İsrailin hücumları ilə bağlı Demokratlar Partiyasında dərin fikir ayrılığının olduğunu göstərir.
Associated Press qeyd edib ki, müharibə Baydenin yenidən seçilmək iddiasını çətinləşdirə bilər.
Xatırladaq ki, İsrail-Fələstin müharibəsi oktyabrın 7-də başlayıb və hələ də can almağa davam edir.
Ay Tac
















