• Bakı 12° C

    4.57 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Qəzzada ölən jurnalistlərin sayı 84-ə çatdı

DÜNYA

10 Dekabr 2023 | 10:01 | Müəllif: Subhan Mahmudov

Qəzzada ölən jurnalistlərin sayı 84-ə çatdı

İsrail-Qəzza münaqişəsində daha iki jurnalist ölüb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Qəzza hökuməti məlumat yayıb.

İsrail döyüş təyyarələrinin Ed-Derc bölgəsinə hücüumu zamanı qadın jurnalist Ula Atallah ölüb. O, "Anadolu" agentliyinin keçmiş müxbiri olub. Yerli mənbələrdən alınan məlumata görə, Atallahın eyni evdə olan bəzi ailə üzvlərinin də həyatını itirdiyi bildirilib. Fələstin Jurnalistlər Birliyindən verilən açıqlamada İsrailin Xan Yunus şəhərinə endirdiyi hava hücumunda jurnalist Dua əl-Cebburun əri və uşaqları ilə birlikdə həlak olduğu qeyd edilib.

Cebburun yerli "Media Eye Network"də işlədiyi deyilir.

Qeyd edək ki, Qəzzada 7 oktyabrdan bəri ölən media mənsublarının sayı 9-u qadın olmaqla 84-ə yüksəlib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026