• Bakı 10° C

    4.76 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Tamstore 25-ci marketini açır: işçi sayı 1200-ü keçdi

CƏMİYYƏT

18 Mart 2024 | 15:02 | Müəllif: Qalib İbrahimoğlu

Tamstore 25-ci marketini açır: işçi sayı 1200-ü keçdi

“Tamstore” marketlər şəbəkəsi 19 mart tarixində Qaradağ rayonu, Bakı-Ələt yolunun 17-ci kilometrində 25-ci Super formatlı marketi ilə müştərilərin xidmətinə gəlir.

Bakıvaxtı.az xəbər verir ki, açılışla bağlı 700-dən çox məhsulda endirim kampaniyası həyata keçiriləcək.

Qeyd edək ki, Tamstore Qaradağ filialında “Cofee Shop”, təndir məhsulları, sobadan isti-isti şirniyyatlar, qəlyanaltılar, namaz otağı, Ana və uşaq otağı və digər xidmət sahələri də 7/24 fəaliyyət göstərəcək.

“TamStore” marketlər şəbəkəsi tam uyğun qiymət, tam təzə məhsul, tam xidmət və tam keyfiyyət fəlsəfəsi ilə müştərilərinə 24 saat fasiləsiz xidmət göstərir. Marketlər şəbəkəsi 2024-cü ildə Bakı şəhəri və Azərbaycanın digər rayonlarında 50-dən çox marketin açılışını planlaşdırıb. Marketlər şəbəkəsi üç - “mini”, “city” və “super” formatlarında fəaliyyət göstərir. Şirkətdə hal hazırda 1200-dən çox əməkdaş çalışır. İl sonuna kimi hədəf bu sayı 2800 nəfərə çatdırmaqdır.


Tamstore 25-ci marketini açır: işçi sayı 1200-ü keçdi
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

28 Noyabr 2026