• Bakı 23° C

    3.24 m/s

  • USD - 1.7

    EUR - 1.8238

    RUB - 0.0183

Alimlər qaniçən "vampir bakteriyalar" kəşf ediblər

CƏMİYYƏT

17 Aprel 2024 | 12:58

Alimlər qaniçən vampir bakteriyalar kəşf ediblər

Dünyadakı ölümcül bakteriyalar insan qanı ilə qidalanır.

Bakıvaxtı.az “N TV”yə istinadən xəbər verir ki, Vaşinqton Dövlət Universitetinin (WSU) tədqiqatçıları bu qənaətə gəliblər. Məlumata görə, alimlər qida ilə yoluxan xəstəliklərə səbəb olan Salmonella və E. coli kimi bakteriyalar arasında “bakterial vampirizm” adlı yeni xüsusiyyət aşkar ediblər.

Bu mikroorqanizmlərin bağırsaqdan qana necə bu qədər məharətlə keçə bildiyi və orada ölümcül hala çevrilməyi sirr olaraq qalır. Komanda bu bakteriyaların qanın qida kimi istifadə edə biləcəyi qida maddələri olan mayelərə cəlb olunduğunu aşkar edib.

Patogenlər bu mayelərin harada olduğunu asanlıqla tapa bilir və həzm sistemindəki kiçik kəsiklər vasitəsilə qana daxil olur. Bu, bəzən bağırsaq xəstəlikləri olan insanlarda sepsis, yəni qan zəhərlənməsi səbəbindən ölümə səbəb ola bilər. 10 milyard su damcısında bir damcı qan aşkar etməklə məşhur olan köpək balıqları kimi vampir bakteriyalarını cəlb etmək üçün hətta bir damla qan kifayətdir.

"Qan dövranını yoluxduran bakteriyalar öldürücü ola bilər. Biz öyrəndik ki, ən çox qan dövranı infeksiyalarına səbəb olan bakteriyalar, əslində, insan qanında kimyəvi maddə aşkar edib ona doğru üzürlər", - aparıcı tədqiqatçı professor Arden Baylink deyib.

E. coli və Salmonella kimi enterobakteriyalar bu kimyəvi maddələrin 0,0000000000001 millilitre bərabər olan bir femtolitr qədər kiçik miqdarını aşkar edə bilir. Bağırsağda qan sızan kəsik tapdıqda ətrafına toplaşaraq qan dövranına daxil ola bilərlər.

Ay Tac


SON XƏBƏRLƏR

29 Aprel 2024