• Bakı 19° C

    1.5 m/s

  • USD - 1.7

    EUR - 1.9093

    RUB - 1.9998

TƏBİB-dən xalq artistinin səhhəti ilə bağlı AÇIQLAMA

CƏMİYYƏT

30 Avqust 2022 | 23:32 | Müəllif: Subhan Mahmudov

TƏBİB-dən xalq artistinin səhhəti ilə bağlı AÇIQLAMA

TƏBİB Xalq artisti Ənvər Həsənovun səhhəti ilə bağlı məlumat yayıb.

Bakıvaxtı.az xəbər verir ki, sənətkar bronxopnevmaniya diaqnozu ilə Xəzər Tibb Mərkəzində stasionar müalicəyə qəbul edilib.

"Xalq artistinə mümkün ilkin müayinələr göstərilib və nəzarətə götürülüb. Eyni zamanda, müayinələrin növbəti gedişatının müəyyən edilməsi məqsədilə “Yeni Klinika” tibb müəssisəsində döş qəfəsinin kompüter tomoqrafiyası planlaşdırılıb. Ə.Həsənovun özəl xəstəxanalardan birinə köçürülməsi üçün ondan COVID-19-la bağlı test götürülüb və nəticəsinə uyğun olaraq qərar veriləcək. Qeyd edək ki, Xalq artisti, həmçinin uzun illərdir şəkər xəstəliyindən əziyyət çəkir. Bildirək ki, sosial şəbəkədə yayılan Ə.Həsənovun daxili qanaxmasının olması xəbəri həqiqəti əks etdirmir", - məlumatda bildirilir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

10 Oktyabr 2026