• Bakı 11° C

    4.95 m/s

  • USD - 1.7

    EUR - 1.8399

    RUB - 0.0185

Rusiyanın iri şəhərləri nüvə silahı ilə vurulacaq 

CƏMİYYƏT

29 Sentyabr 2022 | 17:24

Rusiyanın iri şəhərləri nüvə silahı ilə vurulacaq 

"Rusiyada nüvə silahından istifadənin hansı nəticələrə səbəb ola biləcəyini düzgün hesablayıblarsa, bundan istifadə etməli deyillər".

Bakıvaxtı.az xəbər verir ki, bunu "Unikal"a açıqlamasında siyasi şərhçi Qabil Hüseynli deyib. Politoloq bildirib ki, NATO və ABŞ tərəfindən Rusiyaya ciddi xəbərdarlıq olunub. 

"Bu xəbərdarlıqlar əsassız deyil. Rusiyanın nüvə silahından istifadə etmək fikri olarsa, Qərb bunu dərhal biləcək və qabaqlayıcı zərbədən istifadə etməklə Rusiyanın iri şəhərlərini nüvə silahı və ya ağır tələfatlar verən digər raketlərlə atəşə tutacaq. Rusiyanın böyük şəhərləri yer üzündən silinmək kimi qorxulu aqibətlə üzləşə bilər. Öz milləti, dövləti qarşısında məsuliyyət hiss edən adamlar bunu başa düşməlidir və belə bir nüvə müharibəsinin olmasının qabağını almalıdırlar".

Xatırladaq ki, Rusiya Prezidenti Vladimir Putin xalqa müraciətində deyib ki, Rusiyanın ərazi bütövlüyünə təhlükə olarsa, bütün atəş vasitələri, o cümlədən nüvə silahından istifadə edəcəyik.


SON XƏBƏRLƏR