• Bakı 25° C

    0.55 m/s

  • USD - 1.7

    EUR - 1.9613

    RUB - 2.0106

Bakının bu küçəsi təmir edilir

CƏMİYYƏT

29 Sentyabr 2022 | 16:41

Bakının bu küçəsi təmir edilir

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi Bakının Səbail rayonunun Badamdar qəsəbəsindəki Göyüş Qarayev küçəsinin təmirinə başlayıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Agentlik məlumat yayıb.

Məlumata görə, uzunluğu 290 metr olan adıçəkilən küçənin təmir işləri çərçivəsində köhnə örtüyün sökülərək kənara daşınması, mövcud piyada səkilərinin bərpası, kənarlarına isə yeni səki daşlarının düzülməsi işləri icra olunur.

2021-ci ildə Səbail rayonu üzrə ümumilikdə 9 kilometrə yaxın küçədə təmir işləri aparılıb. Cari ildə isə rayon üzrə ümumi uzunluğu 5 kilometr təşkil edən küçələrin təmiri işləri aparılır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

15 Sentyabr 2026