• Bakı 17° C

    2.72 m/s

  • USD - 1.7

    EUR - 1.8227

    RUB - 0.0185

Bakıda qadın 4 ildən sonra üçəm dünyaya gətirdi

CƏMİYYƏT

29 Sentyabr 2022 | 17:06

Bakıda qadın 4 ildən sonra üçəm dünyaya gətirdi

Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutunda 4 il sonsuzluq sonrası üçəm körpələr dünyaya gəlib.

Bakıvaxtı.az  xəbər verir ki, bu barədə institut məlumat yayıb.

Qadın ekstrakorporal mayalanma sonrası hamiləlik, 4 il sonsuzluq, üçəm hamiləlik diaqnozları ilə İnstituta müraciət edib, hamiləliyinin 7-ci həftəsindən etibarən ETMGİ-nin mama-ginekoloqu Leyla Süleymanovanın nəzarətində olub.

9 aylıq period zamanı Hamiləliyin Patologiyası şöbəsində stasionar müalicələrlə təmin olunan qadına hamiləliyin 34-cü həftəsində vəziyyəti ilə əlaqədar L.Süleymanova tərəfindən qeysəriyyə kəsiyi əməliyyatı icra olunub.

Sağlam şəkildə dünyaya gələn üçəmlər heç bir reanimasion tədbirə ehtiyac olmadan evə yola salınıb.


SON XƏBƏRLƏR