• Bakı 21° C

    3.81 m/s

  • USD - 1.7

    EUR - 1.977

    RUB - 2.3795

Təhlükəsizlik məsələləri üzrə Beynəlxalq Forum keçirilib

SİYASƏT

01 Iyun 2026 | 14:44

Təhlükəsizlik məsələləri üzrə Beynəlxalq Forum keçirilib

Rusiya Federasiyasının Moskva vilayətində I Beynəlxalq Təhlükəsizlik Forumu keçirilib.

Azərbaycan Respublikası Təhlükəsizlik Şurasından Bakıvaxtı.az-a verilən xəbərə görə, TŞ katibi, general-polkovnik Ramil Usubovun rəhbərlik etdiyi nümayəndə heyəti tədbirdə iştirak edib.

    Dünyanın 145 ölkəsinin, 14 müxtəlif beynəlxalq təşkilatın və 4500 nümayəndənin təmsilçiliyi ilə keçirilən üçgünlük Forum çərçivəsində təhlükəsizlik məsələlərinə həsr olunmuş müxtəlif tematik elmi-praktik konfranslar, “dəyirmi masa”lar, brifinqlər, təqdimatlar və sərgilər təşkil olunub.

    “Çoxqütblü dünya düzəninin formalaşdırılması şəraitində beynəlxalq təhlükəsizliyə çağırış və təhdidlər” mövzusuna həsr olunan və Forumun əsas tədbiri sayılan - “Təhlükəsizlik məsələlərinə kuratorluq edən yüksək səviyyəli nümayəndələrin XIV beynəlxalq görüşü”ndə Azərbaycan nümayəndə heyətinin rəhbərinin çıxışı dinlənilib.

    Çıxışda bu gün dünyada baş verən mürəkkəb proseslər fonunda sürətlə artan yeni çağırış və təhdidlərin beynəlxalq təhlükəsizliyə və sabitliyə mənfi təsiri, bununla əlaqədar dünya birliyinin birgə səylərinin gücləndiriməsinin vacibliyi diqqətə çatdırılmışdır. R.Usubov Prezident İlham Əliyevin bilavasitə rəhbərliyi və yorulmaz səyləri ilə qlobal maraqların kəsişdiyi həssas coğrafi ərazidə yerləşən Azərbaycan Respublikasının bölgədə və dünyada dayanıqlı təhlükəsizlik mühitinin formalaşmasına, möhkəmləndirilməsinə, bərabərhüquqlu əsasda dayanıqlı beynəlxalq əməkdaşlığın inkışafına verdiyi töhfələrdən danışıb.

    Nümayəndə heyətinin iştirak etdiyi ikitərəfli və çoxtərəfli görüşlərdə təhlükəsizliyin təmini sahəsində əlaqələrin gücləndirilməsi, əməkdaşlığın perspektivləri və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.


    SON XƏBƏRLƏR

    31 May 2026