• Bakı 12° C

    4.75 m/s

  • USD - 1.7

    EUR - 1.9328

    RUB - 2.0703

Tiflisdə gərginlik artır: Zurabişvili aksiyaya qoşuldu - VİDEO

DÜNYA

29 Noyabr 2024 | 00:16

Tiflisdə gərginlik artır: Zurabişvili aksiyaya qoşuldu - VİDEO

Gürcüstanda ölkənin Aİ-yə qoşulmasının təxirə salınması xəbərindən sonra etiraz aksiyaları keçirilir.

Bakıvaxtı.az xəbər verir ki, Prezident Salome Zurabişvili parlament binası qarşısında etirazçılara qoşulub.

O, xüsusi təyinatlıların və su şırnaqlarının səfərbər olunduğu Azadlıq meydanına gedib. Salome Zurabişvili Azadlıq meydanına gedən yolu bağlayan xüsusi təyinatlılara yaxınlaşıb və təhlükəsizlik qüvvələrini danlayıb.

"Siz kimə qulluq edirsiniz?", - deyə o soruşub. Cavab ala bilməyən Zurabişvili "Prezidentinizə cavab vermirsiniz?" – deyə acıqlanıb. 

 

 


SON XƏBƏRLƏR

18 Aprel 2025