• Bakı 14° C

    6.49 m/s

  • USD - 1.7

    EUR - 1.8335

    RUB - 0.0186

TikTok fenomeni öldürüldü - FOTO

DÜNYA

29 Aprel 2024 | 11:58

TikTok fenomeni öldürüldü - FOTO

TikTok-da yüz minlərlə izləyicisi olan “İraqlı Barbie” ləqəbli Om Fahad Bağdadda naməlum şəxslərin silahlı hücumu nəticəsində öldürülüb.

Bakıvaxtı.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə İraq Daxili İşlər Nazirliyi məlumat yayıb. Nazirlik qətllə bağlı xüsusi əməliyyat qrupu yaradıb.

Şahidlərin sözlərinə görə, Om Fahad evinin qarşısında avtomobilində olarkən motosikletli bir şəxs ona atəş açıb. Təhlükəsizlik kamerasına düşən hadisənin görüntüləri sürətlə sosial mediada yayılıb.

Xatırladaq ki, Fəhad ötən il ictimai əxlaqa uyğun gəlməyən videolar paylaşdığı üçün 6 ay həbs cəzasına məhkum edilmişdi. Noor Alsaffar adlı başqa bir TikTok fenomeni qadın da İraqda 2023-cü ilin sentyabrında öldürülmüşdü.

Hər iki internet fenomeni həm rəqs, həm də makiyaj edərək moda videoları paylaşırdılar.

Digər tərəfdən, yerli mətbuat Om Fahad ilə başqa bir sosial media fenomeni Dalia Naeem arasında gərginliyin olduğunu vurğulayıb. Dalia Naeem də "Barbie" kimi görünmək üçün 43 dəfə plastik əməliyyat keçirdikdən sonra gündəmə gəlib.

Ay Tac


SON XƏBƏRLƏR

14 May 2024