"Rəfahda davam edən gərginliyə görə ABŞ administrasiyası günahkardır".
Bakıvaxtı.az "Sinxua"ya istinadən xəbər verir ki, bunu Fələstin prezidentinin sözçüsü Nabil Əbu Rudeyna deyib.
O, ABŞ administrasiyasının İsrailin hərəkətləri qarşısında susmasını tənqid edib.
"İsrail beynəlxalq məhkəmənin qərarına məhəl qoymayıb və şəhəri yaşamaq üçün yararsız hala gətirib. ABŞ administrasiyası Rəfahda və bütövlükdə Qəzzada yaranmış vəziyyətə görə tam məsuliyyət daşıyır. ABŞ İsrailin təcavüzünə qarşı geniş beynəlxalq müqavimətə baxmayaraq, İsrailə siyasi, maliyyə və hərbi dəstək verməkdə davam edir". - deyə Rudeyna qeyd edib.
Gülşən Şərif
















