Aparıcı-prodüsser Tarix Əliyevin "Tarixin bir günü" verilişi yayımını dayandırıb.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Tarix Əliyev sosial şəbəkə hesabında məlumat paylaşıb.
Onun sözlərinə görə, veriliş bir həftəlik yayımını dayandırıb:
"Qarabağda baş verən qələbə xəbərlərinə görə sevinsək də, şəhid xəbərlərinə göz yaşı axıdırıq. Bu səbəbdən layihə rəhbəri və aparıcısı olduğum "Tarixin bir günü" verilişi bir həftə yayımlanmayacaq. Allah şəhidlərimizə rəhmət etsin".
Qeyd edək ki, sözügedən veriliş "MTV" kanalında həftəiçi 5 gün yayımlanırdı.
Xəyalə Rza