Gürcüstanda Marneuli bələdiyyəsinin Baydar kəndi yaxınlığında ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.
Bakıvaxtı.az “24news.ge”-yə istinadən xəbər verir ki, "BMW" markalı avtomobil ağaca çırpılıb, nəticədə 2 gənc dünyasını dəyişib, iki nəfər isə yaralı vəziyyətdə xəstəxanaya çatdırlıb.
Qəzanın baş verdiyi əraziyə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub, faktla bağlı araşdırma aparılır.
Bakıvaxtı.az qəza nəticəsində həlak olan Üfiq Bədəlov və Ümid Adıgözəlovun fotolarını təqdim edir.
Bakı 





