• Bakı C

    8.26 m/s

  • USD - 1.7

    EUR - 2.0022

    RUB - 2.1715

Tramp: İki nüvə sualtı qayığı “lazım olan yerdədir”

DÜNYA

04 Avqust 2025 | 10:01

Tramp: İki nüvə sualtı qayığı “lazım olan yerdədir”

ABŞ prezidenti Donald Tramp Rusiyanın nüvə açıqlamalarına cavab olaraq iki nüvə sualtı qayığının “lazım olan yerdə” yerləşdirildiyini açıqlayıb.

Bakıvaxtı.az-ın məlumatına görə, o, jurnalistlərin bu qayıqların yerini soruşmasına cavab olaraq konkret məkan bildirməyib, lakin hərbi hazır vəziyyətin vacibliyini vurğulayıb.

Tramp, həmçinin Rusiya Prezidenti Putinə Ukrayna ilə bağlı razılaşma üçün 10-12 günlük yeni müddət tanıdığını deyib.

Onun sözlərinə görə, ABŞ-nin Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiv Vitkoff yaxın günlərdə Moskvaya səfər edəcək.

Qeyd edək ki, Tramp Rusiyaya qarşı yeni sanksiyaların da planlaşdırıldığını bəyan edib.

Əli Hüseynov


SON XƏBƏRLƏR