• Bakı 15° C

    4.32 m/s

  • USD - 1.7

    EUR - 1.9359

    RUB - 2.0852

Tramp Təhsil Nazirliyini LƏĞV ETDİ 

DÜNYA

21 Mart 2025 | 01:03

Tramp Təhsil Nazirliyini LƏĞV ETDİ 

ABŞ Prezidenti Donald Tramp Təhsil Departamentinin (nazirliyinin – red. ) ləğv edilməsi ilə bağlı sərəncam imzalayıb.

Bakıvaxtı.az xəbər verir ki, Trampın sərəncamı ilə təhsil katibi (naziri) Linda MakMahonanın rəhbərlik etdiyi qurumun ləğv edilməsinə başlamaq göstərişi verilib.

    “Bu qəribə səslənir, deyilmi? Təhsil Departamenti. Biz bunu aradan qaldıracağıq”, - Tramp deyib.

    Ağ Evin mətbuat katibi Karolin Levit jurnalistlərə açıqlamasında bildirib ki, nazirlik tamamilə ləğv edilməyəcək və kritik funksiyalarını davam etdirəcək.

    Sözügedən sərəncama əsasən məktəblərlə bağlı siyasət ştatların öhdəsinə buraxılacaq.

    Nazirliyin əməkdaşlarının yarısının ixtisar edilməsi gözlənilir.


    SON XƏBƏRLƏR

    23 Aprel 2025