ABŞ-ın keçmiş prezidenti Donald Tramp bildirib ki, Vaşinqton yaxınlığında baş verən hərbi helikopter və sərnişin təyyarəsi toqquşmasının qarşısını almaq mümkün idi.
Bakıvaxtı.az bu barədə xarici mediaya istinadla xəbər verir.
Onun sözlərinə görə, ABŞ Silahlı Qüvvələrinə məxsus Sikorsky H-60 helikopterinin ekipajı uçuş istiqamətini dəyişməli idi.
Tramp hadisənin açıq və aydın hava şəraitində baş verməsinə diqqət çəkərək, hərbçilərin niyə eniş edən sərnişin təyyarəsini görmədiyini sual edib.
ABŞ Federal Təhqiqat Bürosu (FBI) qəzanın terror aktı ilə bağlı olmadığını açıqlayıb. Tramp isə baş verənlər barədə tam məlumatlandırıldığını bildirib.
Nuriyyə Musayeva