• Bakı 22° C

    4.27 m/s

  • USD - 1.7

    EUR - 1.8905

    RUB - 0.0186

Türkiyə PUA təchizatında birinci oldu - Dünya üzrə

DÜNYA

17 Sentyabr 2024 | 16:18

Türkiyə PUA təchizatında birinci oldu - Dünya üzrə

 Türkiyə son illərdəki uğurlu performansı ilə dünyanın ən böyük PUA tədarükçüsü olub.

Bakıvaxtı.az "CNN"ə istinadən xəbər verir ki, bu, ABŞ mərkəzli Yeni Amerika Təhlükəsizlik Mərkəzinin(CNAS) PUA-ların qlobal bazarı ilə bağlı hesabatında yer alıb.

Hesabata görə, Afrikadan Yaxın Şərqə qədər bir çox ölkəyə silahlı və silahsız pilotsuz uçuş aparatları satan Türkiyə bu sahədə lider dövlətə çevrilib. Çin, Türkiyə və ABŞ 2018-ci ildən etibarən 40 müxtəlif ölkəyə ümumilikdə 69 silahlı hərbi PUA satıb. Türkiyə bu satışların 65 faizini, Çin 26 faizini, ABŞ isə 8 faizini həyata keçirib.

Bildirilib ki, Türkiyənin "PUA"ları Liviya, Dağlıq Qarabağ və Ukraynanın döyüş meydanlarında göstərdiyi uğurlu performansdan sonra zirvəyə qalxıb.

Gülşən Şərif


SON XƏBƏRLƏR

18 Sentyabr 2024