Türkiyənin Azərbaycandakı səfiri Birol Akgün bu gün Mətbuat Şurasının İdarə Heyəti ilə görüşüb.
Bakıvaxtı.az xəbər verir ki, görüş Mətbuat Şurasında keçirilib.
Səfir çıxışı zamanı Türk dövlətlərinin bir-birinə güvənməli olduğunu bildirib:
"Ölkələrin bir-birilərinə çətin güvəndiyi ağır dövrlərdən keçirik. Ona görə də Türk dövlətləri olaraq bir-birimizə güvənməliyik. 21-ci əsr bizim - türklərin olacaq. Buna heç bir bəhanə və şübhə ola bilməz".
Birol Akgün onu da deyib ki, səfir kimi fəaliyyətə başlayandan coğrafiya və tarix dərsliklərini oxuyur.