• Bakı 19° C

    11.54 m/s

  • USD - 1.7

    EUR - 1.9592

    RUB - 2.1249

Türkiyədə hava şarları sərt eniş etdi - Ölən və xəsarət alanlar var

DÜNYA

15 Iyun 2025 | 13:44

Türkiyədə hava şarları sərt eniş etdi - Ölən və xəsarət alanlar var

Türkiyənin Aksaray şəhərinin İhlara vadisindən havaya qalxan hava şarları güclü külək səbəbindən sərt eniş edib.

Bakıvaxtı.az  “TRT Haber”ə istinadən xəbər verir ki, qəza nəticəsində pilot həyatını itirib, turistlər isə yaralanıb.

Aksaray valisi Mehmet Ali Kumbuzoğlu pilotun ayaqlarının kəndirə ilişdiyi üçün səbətdən yıxıldığını qeyd edib:

“Təəssüf ki, pilotumuz səbətin altında qalıb və dünyasını dəyişib. Turistlərimizin vəziyyəti yaxşıdır. Təcili yardımla xəstəxanaya çatdırdıq”.

Onun sözlərinə görə, hadisə zamanı 19 indoneziyalı turist xəsarət alıb.

Həmçinin İhlara vadisindən havaya qalxan başqa bir hava şarının Güzelyurt rayonunun Belisırma kəndi yaxınlığında sərt eniş etdiyi və 12 hindistanlı turistin yüngül yaralanaraq xəstəxanaya aparıldığı bildirilib.


SON XƏBƏRLƏR