• Bakı 15° C

    2.5 m/s

Türkiyədə iki mərtəbəli ev YANDI

DÜNYA

21 Yanvar 2025 | 12:49

Türkiyədə iki mərtəbəli ev YANDI

Türkiyədə iki mərtəbəli evdə yanğın baş verib.

Bakıvaxtı.az bu barədə yerli mediaya istinadla xəbər verir.

Məlumata görə, Sivasın Koyulhisar rayonunda gecə saatlarında baş verən yanğında iki mərtəbəli ev tamamən yararsız hala düşüb.

Alovların yayılması nəticəsində evin yaxınlığında yerləşən Fahri Çelikə məxsus dördmərtəbəli evin damında zərər meydana gəlib. Binada yaşayan sakinləri isə kənd camaatı evakuasiya edib.

Hadisə yerinə gələn yanğınsöndürənlər alovları nəzarət altına alıblar.

Nuriyyə Musayeva


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

25 Oktyabr 2026