• Bakı 13° C

    4.49 m/s

  • USD - 1.7

    EUR - 1.8805

    RUB - 2.0511

Fidan  və Lavrov bu gün danışıqlar aparacaqlar

DÜNYA

20 Fevral 2025 | 11:10

Fidan və Lavrov bu gün danışıqlar aparacaqlar

Türkiyənin xarici işlər naziri Hakan Fidan bu gün Yohannesburqda rusiyalı həmkarı Sergey Lavrovla ikitərəfli danışıqlar apara bilər.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə TASS Türkiyə Xarici İşlər Nazirliyindəki mənbələrə istinadən məlumat yayıb.

Qeyd olunub ki, görüş bu gün Yohannesburqda başlayacaq G20 ölkələrinin xarici işlər nazirlərinin toplantısı çərçivəsində baş tutacaq.

“Nazirin bu günə rusiyalı və çinli həmkarları Sergey Lavrov və Van İ ilə də ikitərəfli görüşləri planlaşdırılır”, - mənbə bildirib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

13 Noyabr 2026