2025-ci ildə Ukrayna Silahlı Qüvvələrinə silah və hərbi texnikaya 2024-cü ildəkindən 65 faiz çox vəsaitin ayrılması planlaşdırılır.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə ölkənin baş naziri Denis Şmıqal öz “Telegram” kanalında məlumat verib.
Onun sözlərinə görə, bu, hərbi texnikaya çəkilən xərclərin təxminən 300 milyard qrivna artması deməkdir.
“Gələn il xarici büdcənin maliyyələşdirilməsinə ehtiyac 38 milyard dollar təşkil edir. Biz bu vəsaitləri müxtəlif mənbələrdən cəlb etmək üçün fəal işləyirik”, - deyə Şmıqal qeyd edib.
Mina Mikayılova