Ukrayna Silahlı Qüvvələri Sevastopolun cənub-qərbində Rusiyanın Qara dəniz donanmasının gəmilərinə pilotsuz qayıqla hücum etməyə cəhd edib.
Bakıvaxtı.az bildirir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Məlumata görə, Rusiyanın Qara dəniz donanmasının "Pıtlivıy" və "Vasili Bıkov" patrul gəmiləri Ukraynanın pilotsuz katerini məhv edib.
















