• Bakı 15° C

    7.55 m/s

  • USD - 1.7

    EUR - 1.8669

    RUB - 2.0809

Leysan yağışlar həyatı iflic etdi - Sakinlər təxliyə olunacaq

DÜNYA

17 Sentyabr 2023 | 09:21 | Müəllif: Subhan Mahmudov

Leysan yağışlar həyatı iflic etdi - Sakinlər təxliyə olunacaq

Yaponiyanın cənub-qərbində ən azı 51 min insana güclü yağışların səbəb olduğu daşqın və torpaq sürüşməsi təhlükəsi səbəbindən evlərini tərk etmək və təxliyyə mərkəzlərinə köçmək tövsiyə olunub.

Bakıvaxtı.az bildirir ki, bu barədə "NHK" televiziya kanalı xəbər verib.

Məlumata əsasən, tövsiyələr Naqasaki və Saqa prefekturalarının bir neçə ərazisində yaşayan insanlara şamil olunub.

Yaponiya Meteorologiya İdarəsinin məlumatına əsasən, bazar günü səhər orada yağanıntıların miqdarının intensivliyi saatda 69 mm-ə çatıb, bu da çayların sahillərini aşması və dağlıq ərazilərdə sürüşmə riskini artırıb.

Sinoptiklər Yaponiyanın cənub-qərbində güclü yağışın bazar ertəsinə qədər davam edəcəyini proqnozlaşdırırlar. Gündə 200 mm-dən çox yağıntı düşə bilər.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR